“Axırıncı yol” filminin qəhrəmanları imza günü keçirdi

"Axırıncı yol" filminin baş qəhrəmanları imza günü keçirib. SİA-nın verdiyi xəbərə görə, imza günündə filmin yaradıcı heyəti – rejissor Emil Abdullayev, "Bosbash pictures" komandası - Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Həsəni, İlkin Misgərli iştirak ediblər.

İmza günü olduqca anşılaqla keçib. "Axırıncı yol" filminin kollektivi sevənlərinə avtoqraf veriblər.

Qeyd edək ki, "Axırıncı yol" "İLK Media" şirkətinin istehsalıdır. Ekran işinin quruluşçu operatoru Rəşad Qarayev, ssenari müəllifi Ənvər Abbasov, Samid Ağayev və Elnur Həsənidir.

Bütün xəbərlər Facebook səhifəmizdə