Moskvada Mərkəzi Alimlər Evində Nuridə Qurbanovanın Beynəlxalq Yaradıcılıq Akademiyasının həqiqi üzvü –akademiki - seçilməsi münasibəti ilə mərasim keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq Yaradıcılıq Akademiyasının Rəyəst Heyəti N. Qurbanovanın "Xalq ruhani yaradıcılığı" nominasiyasında bu yüksək ada layiq görülməsinin lehinə yekdilliklə səs verib. N.Qurbanova Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki adına layiq görülmüş yeganə azərbaycanlıdır. O, yüksək etimada görə akademiklərə təşəkkür edib. Qeyd edib ki, Azərbaycan və Rusiya ruhani yaradıcılığını yeni səviyyəyə yüksəltmək üçün maksimim səy göstərəcək, eləcə də Rusiya və Azərbaycan arasında əməkdaşlığa hərtərəfli yardımı davam etdirəcək.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB