Model və aparıcı Çağla Şikel taxdığı boyunbağı ilə jurnalistlərin sual hədəfinə tuş gəlib. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, model boyunbağını xaç simvoluna bənzədən media mənsublarına klonda övladlarının adının yazıldığını bildirib. Şikel digər boyunbağının isə keçmiş həyat yoldaşı Emre Altuğun anasına məxsus olduğunu deyib: "Boyunbağı Emrenin anasının idi. Bu yaxınlarda vəfat edəndən sonra Emre məndə qalmasını istədi. Mən də qəbul etdim".
Qeyd edək ki, Çağla Şikel yeddi illik həyat yoldaşı və iki övladının atası olan Emre Altuğla keçən il evliliklərinə son qoyub.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB