Cem Yılmazla nahar etmək hərraca çıxarıldı FOTOLAR

Cem Yılmazla nahar etmək hərraca çıxarıldı FOTOLAR

Çırağan Palace Kempinskidə Boğaziçi Universitetinin təşkil etdiyi mərasim keçirilib. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, 500 dəvətlinin olduğu gecədə Cem Yılmaz da iştirak edib. Universitet tələbələrinin təhsil haqqını ödəmək məqsədi ilə təşkil olunan hərracdan 2,3 milyon TL gəlir əldə olunub. Mərasimdə diqqət çəkən məqamlardan biri də Cem Yılmazla nahar etmək imkanının hərraca qoyulması olub. Məşhur komediyaçı ilə nahar etmək 300 min TL-yə başa gəlib.

Qeyd edək ki, gecədə iştirak edən qonaqlar arasında aktrisa Tuğba Ünsal da olub. Həyat yoldaşı Mirgün Cabasla təşrif buyuran məşhur üzərindəki kürkün gerçək olmadığını da xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə