Yaşar Cəlilov 3 il bundan öncə gizlətdiyi sirrini üzə çıxaracaq
Müğənni Yaşar Cəlilov yaradıcılığında yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Yeni lirik bəstə üzərində çalışıram. Musiqisi Tərlan Məmmədhüseynovun, sözləri isə mənimdir. Altay Yaşar da bu işdə mənə kömək olub, dəstəyi üçün ona təşəkkür edirəm. Bu bəstənin sözlərini 3-4 il bundan öncə yazmışam. "Bilməzdim" mahnımı xatırladan bəstədir. Fikrimcə, çox yaxşı mahnı olacaq. Dinləyicilər tərəfindən seviləcək. Onu da deyim ki, tamaşaçılar mənim ifamda həzn bəstələri daha çox sevirlər. Xüsusi ilə qeyd edim ki, mahnının ilk dəfə olaraq sözlərini prodüserim Vüsalə Kərimovaya mesaj vasitəsi ilə göndərmişəm. Vüsalə xanım da çox bəyənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB