Məşhur aktyor evlənir

"Aşk yeniden" serialı ilə daha da sevilən aktyor Buğra Gülsoy sevgilisi Nilufer Gürvüz ilə evlənir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən yay ailələrini tanış etdirən cütlük nikah masasına oturmaq qərarını verib. Toy bu yay çimərlikdə baş tutacaq.

Qeyd edək ki, Buğra daha əvvəl aktrisa Burcu Kaya ilə evli olub. Burcu keçən ay rejissor Fırat Parlakla ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə