"Eurovision-2016"da Avstraliyanı Dami İm təmsil edəcək

"Eurovision-2016"da Avstraliyanı Dami İm təmsil edəcək

İsveçin paytaxtı Stokholmda keçiriləcək "Eurovision-2016"da Avstraliya təmsilçisi Dami İm ölkəsini "Sound of Silence" ("Sükutun səsi") mahnısı ilə təmsil edəcək. SİA-nın Avstraliyanın İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, "Global" arenada keçiriləcək yarışmada oxunacaq mahnı və onun klipinin təqdimatı keçirilib.

Avstraliya "Eurovision" mahnı müsabiqəsinin mayın 12 -də keçiriləcək ikinci yarımfinalında çıxış edəcək. Hazırda, 2016-cı ilin müsabiqəsi üçün Azərbaycan da daxil olmaqla, 41 ölkə öz iştirakını təsdiq edib.

Qeyd edək ki, bu Avstraliyanın "Eurovision-2016" mahnı müsabiqəsində ikinci iştirakıdır. Avstraliya ilk dəfə bu musiqi müsabiqəsinə ötən il qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə