Məşhur cütlük 21 min dollarlıq ev kirayələdi FOTOLAR

Məşhur cütlük 21 min dollarlıq ev kirayələdi FOTOLAR

Hollivudun tanınmış cütlüyü Brad Pitt və Angeline Jolie İngiltərədə kirayə götürdükləri mənzilə köçüblər. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, səkkiz yataq otağı, idman zalı, qapalı hovuzu olan evin aylıq kirayə haqqı 21 min dollar dəyərindədir. Film çəkilişlərində belə bir-birindən ayrılmayan cütlük altı övladı ilə ilin ortalarına kimi bu evdə yaşamağa qərar verib. Onların belə qərara gəlməsinə səbəb Pittin "World War Z-2" filminin çəkilişlərinə görə, Londonda qalmasıdır. Brad Pitt və Angeline Jolienin yeni evləri Hollivud ulduzu George Clooneyin malikanəsinə yaxın ərazidə yerləşir.

Qeyd edək ki, cütlük New Orleansdakı evlərini artıq satışa çıxarıb. Məşhurların Türkiyənin İzmir şəhərində də 2,6 milyon dollar dəyərində malikanələrinin olduğu iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə