Ədalət Şükürov: "Bu, Xoşqədəmlə mənim şəxsi məsələmdir" FOTOLAR

Ədalət Şükürov: "Bu, Xoşqədəmlə mənim şəxsi məsələmdir" FOTOLAR

Bir çox saytlar teleaparıcı Xoşqədəm Hidayətqızını əməkdar artist Ədalət Şükürovun Saray qəsəbəsində yerləşən villasını alaraq, iki ilə yaxındır ki, villanın pulunu verməməkdə günahlandıran xəbərlər dərc ediblər.

Məsələ ilə bağlı olaraq Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamaq istədik. Lakin cəhdlərimiz boşa çıxdı. Belə ki, aparıcı zənglərimizə cavab vermədi.

Daha sonra isə villanın keçmiş sahibi Ədalət Şükürovun fikirlərini öyrəndik. SİA-ya açıqlama verən ifaçı kobudcasına məsələ ilə əlaqədar olaraq əməkdaşımıza cavab verdi: "Bayaqdan telefonlarım susmur. Amma mən bu barədə heç nə danışmayacam. Bu söhbət Xoşqədəm xanımla mənim şəxsi məsələmdir. Açıqlamaya ehtiyac yoxdur. Bu işin heç kimə adiyyatı yoxdur. Mən kiminsə ailə məsələsinə qarışanda, o zaman həmin şəxslər də mənim işimə müdaxilə edərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə