Əməkdar artist Elnarə Abdullayeva planlaşdırdığı solo konsertinin gününü artırıb. Bu haqda SİA-ya xanəndənin mətbuat katibi Tahirə məlumat verib: "Ötən ildə Elnarə xanım konsertinin gününü artırmalı olmuşduq. Bu dəfə də bunu etdik. Çünki martın 26-na olan konsertin biletləri bitib. Tamaşaçıların çoxsaylı istəklərini nəzərə alaraq 1 gün də əlavə etdik. İfaçının "Muğam məqamı" adlı tədbiri iki gün olacaq".
Qeyd edək ki, martın 26-da və 27-də olacaq gecə Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB