Yumoristik "Da" dueti Bakıda çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, "Da" duetinin çıxışı aprelin 3-də məkanların birində baş tutacaq. Tamaşaçılar ilk dəfə olaraq Mahaçqaladan olan Mahmud və Məhəmməd adlı tanınmış, eyni zamanda istedadlı yumor ustalarının çıxışını izləmək imkanı qazanacaqlar. "Standup Show Baku"nun davamında tamaşaçıları DJ Twistin iştirakı ilə After Party və Elvin Bikoonun maraqlı çıxışı gözləyir. Biletlərin qiyməti 30-150 AZN arasındadır.
Qeyd edək ki, "Standup Show Baku" "Six Entertainments" şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB