"Səs Azərbaycan"ın qalibindən yeni MAHNI

"Səs Azərbaycan"ın qalibindən yeni MAHNI

"Səs Azərbaycan" layihəsinin qalibi Emiliya Yaqubova ilk mahnısını yazdırıb. SİA-nın verdiyi xəbərə görə, gənc ifaçı musiqisi Nadir Hüseynova məxsus olan "Niyə" mahnısını dinləyicilərin ixtiyarına verib. Bundan əlavə, Emiliya Yaqubova "Səs Azərbaycan" layihəsində ifa etdiyi mahnıları yenidən dinləyicilərə təqdim edəcək.

Qeyd edək ki, "Səs Azərbaycan"da xalq artisti Mübariz Tağıyevin komandasında yarışan Emiliya 90 min 283 səslə qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə