Məşhur cütlükdən xoş xəbər FOTOLAR

Məşhur cütlükdən xoş xəbər FOTOLAR

Aktrisa Burçak Aratla ailə quran musiqiçi-aktyor Burçin Birben ata olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sosial şəbəkədə yeni doğulan oğlu ilə fotolarını paylaşan musiqiçi "Xoş gəldin, oğlum" sözlərini yazıb. Məşhur cütlük övladına Berat adını verib.

Xoş xəbəri eşidən müğənni-aktyor Özcan Dəniz xəstəxanaya yollanıb. O, sosial şəbəkədə foto paylaşaraq "Berat, xoş gəldin. Canım qardaşım, Allah oğluna və bütün uşaqlara sağlam, uzun ömür nəsib etsin. Ata olmağın xeyirli olsun" sözlərini yazıb.

Qeyd edək ki, Burçin Birben sonuncu dəfə Özcan Dənizlə birlikdə "Kaderimin yazıldığı gün" serialında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə