23 yaşlı müğənni Selena Gomez hava limanında jurnalistlərin fotokameralarına tuş gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər zaman dəbdəbəli geyimlərə üstünlük verən ifaçı bu dəfə ənənəsinə sadiq qala bilməyib. O, qırmızı rəngli sport paltarla ağ rəngli hündürdaban ayaqqabını uyğunlaşdırıb.
Onun bu görkəminin fotolarını sevənləri sosial şəbəkələrdə paylaşaraq qınayıblar və ifaçını gülüş obyektinə çeviriblər.
Qeyd edək ki, Selena Gomez hər zaman həmkarları arasında ən zövqlü geyinən müğənnilərdən olub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB