Bəstəkar Ruslan Əhmədoğlu ata olub. SİA-ya bu haqda Ruslanın özü danışıb: "Sevincimin həddi-hüdudu yoxdur. Oğlum dünyaya gəlib. Allah hər kəsə valideyn olmaq hissini yaşatsın. Mənə verilən vəzifənin ən alisi budur. Atalıq vəzifəsini mənə verdiyi üçün Allahımdan çox razıyam. Oğlum yol qəzasında dünyasını dəyişmiş proukuror atamın adını daşıyacaq. Adını Əhməd qoymuşuq".
Bütün xəbərlər Facebook səhifəmizdə