Öldüyü iddia edilən aparıcı-aktyor Kənan İşıkdan xəbər var. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki il əvvəl idman zalında yıxılaraq başından zədə alan və uzun müddətdir komada olan aparıcının vəziyyətinin yaxşılaşdığı deyilir.
Xatırladaq ki, bu yaxınlarda Beşiktaş Bələdiyyə sədri Murat Hazinedarın "Twitter" hesabından Kənan İşıkın öldüyü xəbəri yazılmışdı. Aparıcının ailəsinin bu xəbərə etirazından sonra bələdiyyə sədri açıqlama verərək, statusun köməkçisi tərəfindən yazıldığını və onu cəzalandıracağını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB