Aktrisanın ideal ailəsi FOTOLAR

"Yeter" serialı ilə gündəmdə olan Pelin Karahan jurnalların biri üçün obyektiv qarşısına keçib. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, aktrisa uşaqlıq xəyallarının reallaşdığını deyib:"Hovuzlu ev, ərə getmək, uşağımın olması kimi standart qız uşağı arzularım vardı. Şükür ki, indi hamısının həyata keçdiyini görürəm. Bir arzum qalıb, o da şirniyyat mağazası açmaqdır. Xeyli müddətdir ki, bu haqda düşünürəm. Amma indi "Yetər" serialının çəkilişlərinə görə bu planımı hələki təxirə salmışam. Serial bitəndən sonra bu arzumu gerçəkləşdirəcəm".

Qeyd edək ki, Pelin Karahan Bedri Güntayla evlidir və Ali Demir adlı bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə