Aygün Kazımovayla Samir Bağırov illər sonra bir araya gəldi FOTOLAR

Aygün Kazımovayla Samir Bağırov illər sonra bir araya gəldi FOTOLAR

Aygün Kazımova sənət dostu Samir Bağırov ilə birlikdə "Səninlə" adlı mahnını duet şəklində ifa edib. SİA-ya danışan xalq artisti hər zaman Samir Bağırova dəstək olduğunu açıqlayıb:"Mən Samirin xətrini çox istəyirəm. Artıq neçə ildir ki, o, bu sənətdən uzaqlaşıb. Amma mən bunu istəmirəm. İstəyirəm ki, Samir yenidən sənətə qayıtsın. Bu duetimiz ayağı İnşallah ki, Samir Bağırova düşərli olar. Samir səhnə üçün doğulub".

Nəzərinizə çatdıraq ki, "Səninləyəm" mahnısının musiqisi Emil Şahinə, sözləri isə Cəlal Qurbanova aiddir. Mahnı Hakan Erolun studiyasında yazılıb.

Qeyd edək ki, bu cütlüyün ilk dueti deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə