Vokalçımız “Veteran həmrəyliyi” medalı ilə təltif edilib FOTOLAR

Vokalçımız “Veteran həmrəyliyi” medalı ilə təltif edilib FOTOLAR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Ramil Qasımov "Veteran həmrəyliyi" medalı ilə təltif edilib. SİA-nın verdiyi xəbərə görə, vokalçı, bu mükafata Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən layiq görülüb.

Sözügedən mükafat R.Qasımova gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyi, eyni zamanda hərbi-vətənpərvərlik ruhunda ifa etdiyi mahnılara görə təqdim olunub.

Tədbirdə eyni zamanda veteranların Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşü də keçirilib. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək bildirib ki, YAP Gənclər Birliyinin üzvləri ilə görüş veteranlar üçün böyük əhəmiyyət kəsb edir. Gənclər Birliyi sıralarında Azərbaycan dövlətçiliyinə sadiq, vətənpərvər, yenilikçi gəncləri birləşdirir.

Ramil Qasımov, keçirilən tədbirin önəmliliyini vurğulayıb və bu günün tarixi bir gün olduğunu deyib: "Veteranlarla gənclərin görüşü böyük əhəmiyyət kəsb edir. Bugünkü gənclik siz veteranlardan çox şey öyrənib və öyrənir. 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edən əsgərlər də Üzeyir Hacıbəylinin musiqilərindən ruhlanaraq, Bülbülün, Rəşid Behbudovun, Xan Şuşinskinin ifalarını dinləyərək bir az da mənəvi-psixoloji qida alıblar".

Daha sonra R.Qasımov Rauf Hacıyevin "Azərbaycan" mahnısını ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə