Mikayıl Güləddinoğlu yenidən efirdə

Mikayıl Güləddinoğlu yenidən efirdə

"Sevimli şou"nun keçmiş aparıcısı Mikayıl Güləddinoğlu yeni layihə ilə evlərin qonağı olub. SİA-nın verdiyi xəbərə görə, o, artıq "Sevimli mahnı" adlı verilişin aparıcısıdır. Proqramda müğənnilər dahi bəstəkarların məşhur mahnılarını səsləndirəcək. Verilişin ilk qonaqları xalq artistləri Samir Cəfərov, Gülyanaq Məmmədova, əməkdar artist Elnarə Abdullayeva və müğənni Könül Kərimova olub. Onlar bəstəkar Tofiq Quliyevin mahnılarını səsləndiriblər.

Qeyd edək ki, M.Güləddinoğlu MTRŞ-nın qərarı ilə "Sevimli şou"dan uzaqlaşdırılmışdır. Onun əvəzinə proqramı aktyor Ramil Əliyev aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə