Bir neçə gün əvvəl "Səs Azərbaycan" layihəsinin mətbuat xidməti müsabiqədəki iştirakçılardan Samirə Əfəndiyevanın ən çox səs yığan yarışmaçı olduğunu bildirmişdi. SİA-nın verdiyi xəbərə görə, bu gün layihənin mətbuat xitməti xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edilib ki, Samirə yarımfinal mərhələsində yox, layihə ərzində münsif Tünzalə Ağayevanın komandasından olan iştirakçılar arasında ən çox səs toplayan ifaçı olub.
Yarımfinal mərhələsində iştirakçıların ən çox səs toplama göstəricisi aşağıdakı kimidir:
1. Hüseyn Abdullayev
2. Səmra Rəhimli
3. Samirə Əfəndiyeva
4. Emiliya Yaqubova
Bu siyahı eyni zamanda layihənin səsverməsini həyata keçirən Kontent-Provayder tərəfindən də təsdiqlənib.
Yarımfinal mərhələsində ən çox səs Faiq Ağayevin komandasının iştirakçısı olan Hüseyn Abdullayevə verilib. İndi 4 finalçıdan kimin qalib olacağını yalnız televiziya tamaşaçıları müəyyənləşdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB