İbrahim Tatlısəs cənazədə ayaqüstə qala bilmədi FOTOLAR

İbrahim Tatlısəs cənazədə ayaqüstə qala bilmədi FOTOLAR

İmperator ləqəbi ilə xatırlanan məşhur sənətçi İbrahim Tatlısəs məruz qaldığı silahlı hücumdan sonra musiqiyə ara vermək məcburiyyətində qalmışdı. Hücuma məruz qaldıqdan sonra gözlər önündə olmamağa diqqət göstərən İbrahim Tatlısəs, ötən gün məşhur türk pop-ulduzu Sezen Aksunun anasının dəfn mərasiminə qatılıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, dostunu kədərli günündə tək buraxmayan Tatlısəs, hönkür-hönkür ağlayan müğənnini qucaqlayıb, onun göz yaşları qarşısında xeyli kədərlənib.

Başsağlığı diləklərini çatdırdıqdan sonra ayaqüstə dayanmağa çətinlik çəkən Tatlısəs, onun üçün gətirilən kürsüyə əyləşib.

İmperator ləqəbli müğənninin bir an əvvəl sağlamlığına qovuşmasını gözləyən sevənləri bu vəziyyəti qarşısında xeyli kədərlənib.

Qeyd edək ki, başda Bülent Ersoy olmaqla dəfn mərasiminə gələn digər məşhur simalar Tatlısəslə yaxından maraqlanıb, onun qayğısına qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə