Azərbaycan modasına həsr olunmuş tədbir keçirilib FOTOLAR

Azərbaycan modasına həsr olunmuş tədbir keçirilib FOTOLAR

"Excelsior Hotel" və "Spa Baku"da Azərbaycan modasına həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu haqda konfransda prodüser Hafiz Ağayev yeni layihə haqqında məlumat verib: "Azərbaycan ərazisində digər şəxslər və təşkilatlar tərəfindən bu marka altında keçirilən tədbirlər bizim qanunvericiliyin pozulması deməkdir və məhkəmə iddiası üçün əsasdır. Buna görə də, "Azerbaijan Fashion Week" və "Baku Fashion Week" ticarət markalarının yeganə sahibi olaraq, "Azerbaijan Fashion Week" brendinin istifadəsinin dayandırılmasını qərara almışam. "Baku Fashion Week" Azərbaycan ərazisində "Moda Həftəsi"ni keçirən yeganə müəssisə kimi qalır. Əlbəttə, bu əhəmiyyətli hadisə təşkilatçılığın yeni səviyyəsini tələb edir. Ona görə də, "Baku Fashion Week" Azərbaycan moda sənayesinin təcrübəli "FMS Models agentliyi" və "İDFashion" beynəlxalq telekanalı ilə biliklərinin və səylərinin birləşməsi haqda qərar qəbul edilib. İttifaqın məqsədi Azərbaycan dizaynerlərinin dünya bazarında təşviqi, regionun moda sənayesinin inkişafı, yeni adların, simaların, ideyaların, ölkələr arası mədəniyyət mübadiləsi dəstəyidir. Bu sahədə Azərbaycanın böyük potensialı var. Azərbaycan bazarına gələn "Baku Fashion Week" layihəsində məmnunluqla iştirak edən hörmətli qonaqlar, xarici dizaynerlər, Bakını "İpək Yolunun moda paytaxtı" adlandırır. "FMS Models" Agentliyi və "İDFashion" əməkdaşlığından alınan uğurlu nəticədən əminik. "Baku Fashion Week" ildə iki dəfə, may və noyabr aylarında keçiriləcək. Bu tarixlər "Dünya fashion Week"-in rəsmi təqvimlərində göstəriləcək. Yeni "Baku Fashion Week" mayın 13-15-də keçiriləcək. Burada yeni kolleksiyaların "fall/winter" nümayişi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə