Aparıcı İslam Mehrəliyev: “Ata olacam” MÜSAHİBƏ-FOTOLAR

Aparıcı İslam Mehrəliyevin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-İslam Mehrəliyevi sevənlər hansı yeniliyi gözləsinlər?

-Qarşıda yeni layihələr var. Mən öncədən işlərim haqda danışanda baş tutmur. Hətta evdə anama belə planlarım barədə danışmıram. Ona görə də, bununla bağlı geniş informasiya verə bilməyəcəm. Amma ümid edirəm ki, işlərim yolunda gedər.

-Azərbaycanda komediya janrında bir neçə film çəkilib. Sizin yaxın dostluq etdiyiniz "Bozbash Pictures" komandası bu işdə aktivdir. Sizə həmin komandadan onların filmində rol almaq təklif olunub?

-Xeyir, "Bozbash pictures" komandasından mənə dəvət gəlməyib. Məncə, həmin serialda artıq simaya ehtiyac yoxdur. Komanda öz üzvləri ilə tamamlanıb.

-"Bozbash pictures" kimi sizin də həmkarlarınızla yeni komanda yaratmaq fikriniz varmı?

-Fikrimcə, onlar kimi yeni komanda yaratmağa ehtiyac yoxdur. "Bozbash pictures"artıq öz sözünü deyib.

-Hər zaman sizi yumoristik rollarda görmüşük. Nə vaxtsa, ciddi obraz yaratmaq fikriniz olubmu?

-Bundan sonra inanmıram ki, ciddi rolda çəkilim. Çünki hamı məni komediya aktyoru kimi tanıyır. Bəlkə məni xarici ölkədə ciddi aktyor kimi qəbul edib, rol verərlər.

-Xalq artisti Ramiz Əzizbəyli kimi müəlliminiz olduğu halda aparıcı olmağınız düzgündürmü?

-Aktyorluqdan pul qazana bilmədiyim üçün aparıcılıq edirəm. Bu, acı həqiqətdir. Çünki Azərbaycanda filmlər gec-gec çəkilir. Onu da deyim ki, mən yalnız yumoristik layihələrdə aparıcılıq edirəm.

-Şəxsi həyatınızda yenilik varmı?

- Bəli, var. İnşallah, yay mövsümündə ata olacam.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə