Fatimə Fətəliyevadan yenilik

Rəqqasə Fatimə Fətəliyeva konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçinin "Banu" rəqs məktəbinin təşkil etdiyi tədbir "Novruz sevincləri" adlanır. Konsert martın 14-də Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Saat 15:00-da başlayacaq. Konsertə biletlərin qiyməti 10 manatdır.

Qeyd edək ki, konsert zamanı müğənnilər Günay İbrahimli, Sevda Sanəliyeva, Sevda Yahyayeva, Niyam Salami, Gülay Zeynallı, Aysel Əlizadə və başqaları çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə