Müğənni Yaşar Cəlilov kiçik biznesə başlayıb. Bu barədə SİA-ya ifaçının özü açıqlama verib: "Şəhərin mərkəzində gözəllik salonlarının birini bundan sonra idarə edəcəm. Başqa kiçik biznes sahələri də axtarırdım. Əslində çoxdan belə bir işlə məşğul olmaq ağlımda var idi. Özüm də yaradıcılıq, şou-biznesin içərisindəyəm. Görürəm ki, yaxşı gözəllik salonuna ehtiyyac var. Həm də gözəllik salonunun reklamını etmək, işlətmək rahatdır. Salon işində işlədə bilməmək riski azdır. Bir sözlə, həm pul qazanmaq, həm də dost-tanışa, sənət yoldaşlarıma yaxşılıq etmək istədim. Bir güllə ilə iki dovşan vurdum. Çünki demək olar ki, hər kəs gözəllik salonundan istifadə edir. Qadın işlərindən başım çıxmır. Ona görə də mənə kömək etməsi üçün prodüserim, aparıcı Vüsalə Kərimovaya müraciət etmişəm".
Qeyd edək ki, Y. Cəlilov modelyer Şəlalə Maqsudova ilə də əməkdaşlıq edəcək. Belə ki, salonun daxilində modelyerin moda evi də fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB