Xalq artisti: "Arzumdur ki, yanımda sevdiyim insan olsun" FOTO

Xalq artisti: "Arzumdur ki, yanımda sevdiyim insan olsun" FOTO

Xalq artisti Aygün Kazımova "Daf Bama Music Awards 2016" mükafatlandırma mərasiminə namizəd olması ilə bağlı açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu təklifə çox sevindiyini bildirib: "Bu, mənim üçün sevindirici xəbər oldu. Mənim köməkçilərimlə əlaqə saxlayıblar. Öz musiqimizi başqa bir ölkənin səhnəsində təmsil etmək böyük şərəfdir. Əvvəlcədən danışmaq istəmirəm, çünki mənə düşmür. Elmdə də var ki, əvvəlcədən planları demək olmaz".

Sevgidən danışan A.Kazımova qəlbinin boş olduğunu deyib:"Qəlbimdə sevgi yoxdur. Bütün ürəyimi yaxınlarım, pərəstişkarlarım zəbt edib. Amma hər bir xanımın arzusudur ki, yanında sevdiyi insan olsun".

Qeyd edək ki, "Daf Entertainment" tərəfindən keçirilən müsabiqə avqustda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə