Aktrisa: “İstərdim övladım olsun” MÜSAHİBƏ-FOTOLAR

Aktrisa: “İstərdim övladım olsun” MÜSAHİBƏ-FOTOLAR

Aktrisa Fidan Axundovanın müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Yaradıcılığınızda hansı yeniliklər var?

-Hazırda "Bacanaqlar " serialında rol almışam. Hələ ki, sənətimdə bundan başqa yeniliyim yoxdur. Onu da qeyd edim ki, bir müddət öncə "Bozbash pictures" komandasından dəvət aldm ki, bölümlərin birində oynayım. Ancaq "Bacanaqlar" serialında rol aldığım üçün təkliflərini dəyərləndirə bilmədim. Çünki bir yerdə işləmək daha yaxşıdır. İnsanın fikri yayınmır.

- Hansısa filmdə baş rolda oynamaq üçün təklif almısınızmı?

-Bəli, zamanında rejissorlardan biri mənə baş rol qəhrəmanını canlandırmaq üçün müraciət etmişdi. Amma hələ ki, həmin dəvəti qəbul etmək imkanım yoxdur. Çünki "Bacanaqlar" serialının çəkilişlərini yarımçıq qoya bilmərəm.

-Bildiyimizə görə, şeir yazmaq kimi də bacarığınız var. Kitab çıxarmağı düşünürsünüzmü?

-Xeyir, kitab çıxarmağı düşünmürəm. Amma səsləndirib, internet portallarında yaymağı fikirləşirəm.

-Şeirlərinizə görə sizə müraciət edən müğənnilər olub?

-Şeirlərimə qarşı qısqanc olduğum üçün heç kimə verməmişəm. Həmin müğənnilərin adlarını çəkmək istəmirəm. Amma bu yaxınlarda "O Səs Türkiyə"də çıxış edən Nurlana Kərimli mənim şeirlərimdən birinə mahnı bəstələdib və ifa edib. Çox gözəl musiqidir. Yaxın günlərdə həmin mahnını radio dalğalarında eşidəcəyik.

-Deyilənlərə görə, rejissor-aktyor Kənan M.M.-lə eyni serialda oynamaq çox çətindir. Siz də onunla eyni filmdə rol almısınız. Bu fikirlə razılaşırsınız?

-Mən əsla bu fikirlə razılaşmıram. Çünki hər iki tərəf peşəkar olanda biri-birlərini çox yaxşı anlayırlar. Kənanla işləmək çətin deyil. Setdə aktyorla yola getməyən rejissorlarımız çoxdur. Amma mənim üçün Kənan onların sırasında deyil.

-Kənan M.M.-i serialda sevmək necə duyğudur?

- Sözügedən rejissorun həyat yoldaşı Aygün xanımla dalaşmaq fikrim yoxdur. Mənim də ailəm və həyat yoldaşım var (gülür). Allah onları da, bizi də xoşbəxt eləsin.

-Övladınız varmı?

-Xeyir,uşaqlarım yoxdur. İstərdim övladım olsun. Amma hər şey qismətlə bağlıdır.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə