Los Angelesdə gerçəkləşən "Oskar" mərasimi Hollivudun tanınmış simalarının ən çox hazırlaşdığı gecələrdən biridir. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, məşhur stilistlərə müraciət edən sənətçilər qırmızı xalıdan keçərkən tənqidçilər tərəfindən qiymətləndirilib.
Bu dəyərləndirilməyə əsasən, "Oskar" gecəsində ən pis geyinənləri sizə təqdim edirik:
Olivia Wildenin bəyaz paltarının ön və arxa hissəsinin uyumsuzluğu tənqidçilərin gözündən yayınmayıb.
.jpg)
Lily Colenin geyimi bəziləri tərəfindən orijinal qəbul olunsa da, bir qismi onun seçimini yanlış hesab edib.

Keitie Knightin geydiyi paltar izləyicilər tərəfindən hədiyyə paketinə bənzədilib.

Diane Warrenin seçimi qırmızı xalıya uyğun olmadığı üçün tənqid olunub.
.jpg)
Heidi Klumun geyimi isə gecəyə damğasını vurub. Belə ki, aktrisanın geydiyi paltar həm sosial şəbəkələrdə, həm də tənqdiçilər arasında gecənin ən pis geyimi hesab olunub.

Jennifer Jasonun paltarı bədən quruluşuna yaraşmadığı üçün mənfi qiymət alıb.
.jpg)
Kate Winsletin geydiyi libası isə zibil paketinə bənzədilib.

Kerry Washingtonun paltarı sərt tənqid olunmasa da, yaxşılar arasında yer ala bilməyib.

Mindy Callingin geyimi bədən ölçüsünə kiçik olduğu üçün tənqid atəşinə tutulub.

Rooney Maranın libasını bir qism insan bəyənsə də, digər qismi açıq-saçıq olduğu üçün mənfi rəy bildirib.

Sand Powellın seçimi də sərt tənqid olunanlar sırasına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB