Teleaparıcı: “38 yaşım olmasına baxmayaraq, cavan görünürəm” FOTOLAR

Teleaparıcı: “38 yaşım olmasına baxmayaraq, cavan görünürəm” FOTOLAR

Teleaparıcı Vüsalə Kərimova tədbirlərin birində fotokameramıza tuş gəlib. SİA-nın kamerasına pozlar verərək şəkil çəkdirən aparıcı yeni görnüşündən də söz açıb: "Günü-gündən çəkimi azaldıram. Çəkimi qoruyub-saxlamağa çalışıram. Birincisi özümə xoş gəlməliyəm, daha sonra tamaşaçıların ürəyincə olmalıyam. Bədənimin çəkili yerlərini əritməyə başlamışam. Hazırda 58 kiloqramam. Hədəfim isə 55 kiloya qədər arıqlamaqdır. 38 yaşımın olmasına baxmayaraq çox cavan görünürəm. Onu da deyim ki, qarderobumda da dəyişiklik etmişəm. Belə ki, modelyer Şəlalə Maqsudovanın tikdiyi paltarlara müraciət edirəm. Hazırda əynimdə olan libas sözügedən modelyer xanıma aiddir. Şəlalə xanıma müraciət etdiyim üçün də peşman deyiləm".

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə