Yazıçı Seymur Baycanın yeni kitabının ərsəyə gəlməsi üçün sponsor tapılıb. SİA-nın verdiyi xəbərə görə, prodüser Tolik onun kitabının maliyyələşməsinə köməklik edəcəyini deyib: "Onu şəxsən tanımıram. Amma 2 il qabaq mənim haqqımda böyük məqalə yazmışdı.
Düzdür, məni həm tənqid etmişdi, həm də haqqımda çox yüsək fikirdə idi. Sənəti olan insanlar başqasının uğuruna sevinmir. Düşünür ki, niyə axı mən 3 diplom sahibi, ali savadlı olmağıma baxmayaraq, dünən gəlib populyar olan, heç bir universitet qutarmayan birinin indi maşını, evi, nə bilim az da olsa imkanı var. Amma bu Allahın verdiyi ruzidir. Seymur bəy kitabın çap olunması üçün lazım olan məbləği açıqlasa, mən çalışacağam ki, onu maliyyələşdirim. Çünki onsuz da indiki imkanlı "dayday"lara kitab, kino, teatr maraqlı deyil, onlara yalnız müğənni (qadın) olsun, yanında getsin ora-bura, ona pul xərcləsin, dost tanışı da bilsin ki, filankəsi filankəs saxlayır. Amma o kitab müxalifətyönlüdürsə, mən onda yoxam. Yox, əgər o kitab öz həyatından bəhs edirsə, ya da ki, hansısa roman, poemadırsa, onda mən kömək edəcəm. Mən Azərbaycanı sevən biriyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB