Londonda Brit Mahnı Müsabiqəsinin təqdimetmə mərasimi gerçəkləşib. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, gecəyə qatılan məşhurlar geyimləri ilə moda tənqidçilərinin hədəfinə tuş gəliblər.
Mərasimdə müğənni Drake ilə birlikdə səhnə alan Rihanna yasəmən rəngli geyimi ilə qonaqlar arasında seçilib.

47 yaşlı müğənni Kylie Minogue qara paltarı ilə uyğunlaşdırdığı papaq və yaşıl ayaqqabıları tənqidçilərdən yüksək qiymət alıb.
.jpg)
Brit Mahnı Müsabiqəsində ən yaxşı ingilis qadın sənətçi, ən yaxşı ingiliscə albom, ən yaxşı ingiliscə mahnı və ən yaxşı beynəlxalq uğur kateqoriyaları üzrə dörd mükafat alan müğənni Adele tünd qırmızı paltarı ilə gecəyə damğasını vurub.

Müğənni Cheryl Fernandez Versini isə sarı geyimi ilə qırmızı xalının ən gözə çarpan məşhurlarından olub.

Adı Leonardo DİCaprio ilə eşq dedi-qodularında hallanan 30 yaşlı aparıcı Laura Whitmore də iddialı geyimi ilə diqqətləri özünə cəlb edib.

Gecəyə transparan paltarla qatılan 23 yaşlı almaniyalı model Toni Garrn isə bu seçimi ilə gecənin unudulmazlarından olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB