Ceyhun: "İndi tullanıb-düşən yox, oxuya bilən müğənnilərin zamanıdır"
Müğənni və bəstəkar Ceyhun Əliyev canlı ifadan söz açıb. SİA-ya açıqlama verən ifaçı toylarda fonoqrama oxuyan həmkarlarını qınayıb: "Bəzi müğənnilər var ki, nəinki 6, hətta 8, 10 saat canlı oxumağa qadirdir. Mən özümü həmin siyahıda görürəm. Belə deyim, artıq yaxşı oxuyanların vaxtı çatıb. Ötən illərdə kim necə gəldi, məclisinə müğənni dəvət edirdi. Amma indi insanlar istəyir ki, həm yaxşı oxuyan olsun, həm yaxşı qiymət "oxusun", həm də reklamı və qabiliyyəti olsun. Ancaq bunları bir arada tapmaq çox çətindir. Hərdən deyirəm gəlin, 4-5 min manata toy oxuyan və sadaladıqlarımı özündə cəmləşdirən bir nəfər tapaq, mümkün olmur. Yaxşı oxuyanlar da, bəllidir ki, çox baha qiymətə gedir. Bunları hamı tanıyır".
C.Əliyev hesab edir ki, artıq fonoqramanın dövrü bitib. Müğənnilər nadir hallarda bu üsuldan istifadə edir:"İndi məclislərə 2-3 hit mahnısı ilə tullanıb-düşən yox, həqiqətən də oxuya bilən müğənniləri dəvət edirlər. Əvvəllər müğənni canlı oxuya bilməsə də, fonaqramı ilə məclisi idarə edib, çıxıb gedirdi. Artıq insanlar əsl canlı ifa tələb edir. Oxumaq lazımdır, danışmaq yox. Qüsurları studiyada ötr-basdır eləmək olar. Səhnədə canlı oxuya bilməsən, bu bıyabırçılıqdır. Ona görə də, ələnmə gedir. Bəzi xanım müğənnilər qışqırıq səslə oxuyurlar, elə bilirlər əladır. Bir-iki dostu-tanışıda durub əl çalır. İfaçı ara-bir özünü dinləyib, qüsurlarını görə bilməlidir. Özünü tənqid etməyi bacarmalıdır. Vay o müğənnilərin halına ki, bir-iki mahnı oxuyub məşhur olublar, indi də boşluqda qalıblar. Nə valideyin onlara pul tökür, nə sponsor onlara pul xərcləyir. Mən buna sevinmirəm, acıyıram. Hər zaman qarşımdakı insanı tənqid etməzdən öncə, özümə baxıram, səhvim varsa onu düzəldirəm ki, ictimai qınağa çevrilməyim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB