Bülent Ersoy: "Türkiyədə ondan bir dənə var, o da məndədir" FOTOLAR
İstanbulun məşhur konsert salonlarından birində səhnəyə çıxan Bülent Ersoy verdiyi açıqlamalarla yenə də gündəmə düşüb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, üzərindəki kürk haqda suallara "Diva" belə cavab verib: "Mən süni kürk istifadə etmərəm. Təbii kürkümün olması heyvanları sevmədiyim anlamına gəlməz. Bəlkə heyvanları Ömür Gedikdən (heyvan haqları qoruyucusu, jurnalist - red.) daha çox sevirəm. Amma yalan deyə bilmərəm, həqiqidir".
Onu dinləməyə gələn modelyer Nur Yerlitaşı görən Bülent "Nur bu gün mənə ərəb şeyxinin həyat yoldaşı üçün hazırlatdırdığı, 14 min lirəlik parfüm yolladı, Türkiyədə ondan bir dənə var, o da məndədir" deyib.
O, Nur Yerlitaşı və həmkarı Neslihan Yarqıcıyı kulisinə dəvət edərək onlarla foto çəkdirib.
Qeyd edək ki, N.Yarqıcı bir müddət "İşte benim stilim"də N.Yerlitaşı əvəz etmişdi. Lakin reytinqlər düşdüyü üçün Nur yenidən proqrama qayıtmışdı.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB