Xatun: "İlhamə Quliyevanın bir əli mənim üstümdə idi"

Xatun: "İlhamə Quliyevanın bir əli mənim üstümdə idi"

Müğənni Xatun ötən gün dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyevadan söz açıb. SİA-ya danışan Xatun İ.Quliyevanın ona etdiyi yaxşılıqdan danışıb: "Prezident seçkiləri idi. Vətənpərvər mahnı oxumalı idim. Lakin reperturımda belə bəstə yox idi. Ona görə yazdırmalıydım. Amma pulum yox idi ki, bəstəkarların birindən mahnı alım. Bu an dadıma İlhamə Quliyeva çatdı. O, bəstəkarların birinə müraciət etdi ki, "Xatuna vətənpərvərlik haqqında mahnı verin". Hətta bunu həmin bəstəkara amiranə şəkildə dedi. Studiyanın pulunu belə vermədim. Həmin bəstə artıq hazırdır. Ulu Öndər Heydər Əliyevin ad günündə həmin mahnıya möhtəşəm klip çəkəcəyik".

Xatun xalq artistinin ona yazığı gəldiyini də xüsusi ilə vurğulayıb: "İlhamə xanımla məkanların birində əyləşdikdə istəyirdim ki, hesabı mən ödəyim. Mənə deyirdi ki, "Sənin pulun var? Özüm ödəyəcəm". Həmişə mənə yazığı gəlirdi. Elə bir əli mənim üstümdə idi. Mənə deyirdi ki, efirlərə dəvət etməsələr, mənə de səni verilişlərə çıxardım. Məni hər yerdə tələbəsi kimi təqdim edirdi. Hamıya söyləyirdi ki, səsim onun səsinə bənzəyir. Məni evinə buraxırdı. İlhamə Quliyeva ilə çox dərdləşmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə