Tolik: "Sizin qatarınız gedib" FOTO

Prodüser Tolik şou-biznesdəki qalmaqallardan bezib. SİA-nın verdiyi xəbərə görə, Tolik türkiyəli ifaçılar İbrahim Tatlısəs, Türkan Şoray, Barış Manço və başqalarının birlikdə fotosunu paylaşaraq yerli məşhurların mehriban olmadıqlarından gileylənib: "Sənət birlik deməkdir. Amma bizdə o yoxdur. Görün indiki və ya 40 il bundan əvvəlki müğənnilərin belə fotosu var? Yoxdur. Çünki kiminsə başqasının ərində gözü olub, sevgilisini əlindən alıb. Kimsə onun-bunun torbasını tikməyə çalışıb. O vaxtlar bir kanalımız var idi – AzTV. Buradan müğənniləri az uzaqlaşdırıblar? İndi bəzi müğənnilər nəsə etmək istəyir, amma alınmır. Çünki sizin də qatarınız gedib. İndi sizin də sözünüzün kəsəri yoxdur, yalnız ətrafınızdakı tulalara sözünüz keçir. İlhamə Quliyevanın ölümündə bir şeyi anladım ki, vaxtında bunları yandırmaq lazımdır. Çünki onsuzda qabağında əlini öpən insan sən öləndən sonra pisləyəcək. Yaxşılığı gərək başa düşən adama edəsən. Başa düşməyənə isə pislik etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə