Sənət aləminin tanınmış simaları xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüblər.
SİA-ya məşhurların fikirlərini təqdim edir:
Xalq artisti Canəli Əkbərov: "Azərbaycan estrada sənətimizin parlaq ulduzu bu gün əbədiyyata qovuşdu. Mən bu ailənin 3 üzvü ilə işləmişəm. İtki pis hadisədədir. Mədəniyyətimizin bir yarpağı da getdi. Allah İlhamə xanıma rəhmət eləsin!"
Xalq artisti Faiq Ağayev: "Onunla telefonla danışmışdım, dünyasını dəyişənə hazırlaşana oxşamırdı. Xalqımıza onun sənəti, mahnıları qaldı. Çox çətindir. İndi onun durub səhnədə oxumağını istəyərdim. Çox böyük sənətkar, məktəb idi".
(3).jpg)
Xalq artisti Səməd Səmədov: "Mən hələ də şokdayam. İncəsənət adamları bilmir ki, kimi itirib. Böyük sənətkar idi. Allah ona rəhmət eləsin!"
Əməkdar artist İlqar Muradov: "Çox təəssüf edirəm ki, İlhamə Quliyeva dünyasını dəyişdi. Başımız sağ olsun".
Əməkdar artist Röya Ayxan: "Özümüzü qorumalıyıq. Belə etməsək, bizi tapdalayıb keçəcəklər. Həyatda bizi zəif görürlər, ona görə də kamera qarşısında daha hirsli oluruq. Mən də o xanım kimi mərd, dürüst getmək istəyirəm. İstəyirəm onun kimi dövlətimi sevim. Sənətkar kimi mahnılarla təbliğat apardı. Mən dövlət sevgisini onda gördüm. Allah rəhmət etsin, böyük itkidir. O mahnıları birdə necə eşidəcəyik? Sağlığında mahnılarını lentə yazdırmaq qismət olmadı. Amma söz verirəm ki, bütün mahnılarını bir-bir lentə yazdıracam. Çox pozitiv qadın idi, başqa məsələrə fkir vermirəm. Mənə sənəti önəmlidir. Həmişə deyirdi ki, taclarımı sənə verəcəyəm".
.jpg)
Müğənni Xatirə İslam: "Burada İlhamə Quliyevanın adına görə az adam var. Belə qənaətə gəlmək olar ki, insan başını yerə qoyursa, undulub. Biz beləyikmi? Bu bizə yaraşmaz. Belə olmayaq. Sağlığında İlhamə xanımın qaça-qaça əlini öpürdüksə, bu gündə tabutun yanında dayanaq. Bu günə kimi aramızda xoş münasibət olub. Həyatda necə davranırıqsa, axıra kimi belə olaq. Bir məzhəbə qulluq edək".
.jpg)
Müğənni Ayan Babakişiyeva: "Mənimlə o qədər münasibəti yaxşı olmasa da o , sənətkardır. Kimisə qınayırdı, səhv tuturdu. Amma kimsə sənə məsləhət verməlidir. Heç kim ondan incimirdi. Sənətdə çox şey etdi. Onun yeri boş qalacaq, oranı heç kim tutmayacaq. Onun zarafatlarını da, tənqidini də çox axtaracayıq".
Müğənni Xatun Əliyeva: "Nə qədər ki, onun mahnıları var unudulmayacaq. Ehtiyacım olanda hər zaman əlimdən tutub. Onun dəstəyini unutmaram".
.jpg)
Müğənni Ruhi: "İlhamə xanım dəyərli sənətkarımız idi. Allah ona rəhmət eləsin".
.png)
Müğənni Vasif Məhərrəmli: "İlhamə Quliyeva mədəniyyətimizin böyük itkisidir. Millətimizin başı sağ olsun. Allah rəhmət eləsin!"
.jpg)
Müğənni Zamiq Hüseynov: "Xalqımıza baş sağlığı verirəm. Sənət dünyasından dahi bir insan getdi. O, adını incəsənət aləmində qızıl hərflərlə yazmışdı. Allah xalq artistinə rəhmət eləsin!"
.jpg)
Bəstəkar Nailə Mirməmmədli: "Azərbaycan musiqisi üçün böyük itkidir. Onun kimi sənətçi olmuyub, olmayacaq da".
.jpg)
Aktyor Elşən Orucov: "İlhamə xanım gözəl sənətkar idi. "Bozbash pictures" komandasını hər zaman dəstəkləyirdi. Allah xalq artistinə rəhmət eləsin!"
.png)
Rejissor Kənan M.M.: "Uşaqlıq dövrümüz İlhamə Quliyevanın mahnılarını dinləməklə keçib. Nə qədər ki, yeni texnologiya, ürək var, xalq artisti xatirələrimizdə yaşayacaq. Onu tarixdən silib atmaq olmaz. İlhamə xanımın insani keyfiyyətlərindən danışmaq bizim həddimizə deyil. İ. Quliyevaya Allah qiymət verəcək. Sənəti ilə xidmət edib, sənətinə də dəyər verilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB