Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində sənət adamları və yaxınları iştirak edib.
SİA-ya açıqlama verən müğənni Elza Seyidcahan İlhamə Quliyeva haqqında bunları deyib: "Mərasimə İlhamə xanıma hallalıq vermək üçün gəlmişəm. Mənim içimdə ona qarşı kinim qalmayıb. Bu gün cümə günüdür, həm də Xocalı faciəsinin ildönümüdür. İlhamə xanımın belə gündə dəfn olunması Allahın onun günahlarını bağışladığına bir işarədir. Burada iştirak etməkdə məqsədim özümdə rahatlıq tapmaqdır. Onunla vidalaşmağa gələn müğənnilərdən ona qarşı kin bəsləyən heç kim yoxdur. Yalnız mən gəlmişəm və mən də özümə cavabdehəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB