“İlhamə Quliyevaya “əcəb oldu, öldü” deyən insanlar var”

“İlhamə Quliyevaya “əcəb oldu, öldü” deyən insanlar var”

Stilist (Samir Əliyev) Samiraldo dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyeva haqda inanılmaz fikirlər söyləyib. SİA-nın verdiyi xəbərə görə, stilist bunları deyib: "İlhamə Quliyeva rəhmətə getsə də, bir çoxları onu söyür. Hətta "əcəb oldu, öldü" deyən insanlar belə var. Amma heç kim başa düşmədi ki, İlhamə xanım sağ olduğu müddət ərzində ömrünü hamıdan yaxşı yaşayıb. Allah ona sözün əsl mənasında 73 il hər şey verdi. Ortaya belə bir sual çıxır. Allahın sevimli bəndəsi olmayan biri bu qədər yaxşı yaşaya bilər? Tanrının sevimli bəndəsi olduğu təqdirdə bəs niyə insanlar İlhamə xanıma bu qədər nifrət edir? Mənim də Allaha sualım var. Mən niyə 40 ildə xoşbəxt olmadım? Həyatın hər üzünü gördüm. Allah böyükdür. Onun işinə qarışmaq olmaz. Tanrı nə etdiyini yaxşı bilir. Allah İlhamə Quliyevaya rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə