Müğənni Əlikram Bayramov bu gün dünyasını dəyişmiş İlhamə Quliyeva haqqında fikirlərini bildirib. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "İlhamə xanımın cəsədini görəndə gözlərimə inanmadım. Azərbaycan incəsənəti böyük itki verdi. İlhamə Quliyeva böyük sənətkar idi. İlhamə xanımın mənim və bir çox sənətçilərin üzərində əməyi olub. O, məni ilk dəfə efirə çıxarıb. İ.Quliyevaya böyük hörmətim var. Oxuduğu mahnılar hər zaman yaşayacaq. İlhamə xanım repertuarında olan bəstələrə möhürünü vurub. Oğluna dərin hüznlə baş sağlığı verirəm. Allah ona rəhmət eləsin!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB