Xalq artisti İlhamə Quliyeva bir neçə ay bundan əvvəl vəsiyyət etmişdi. SİA-nın məlumatına görə, müğənni onu qoz ağacından hazırlanan tabutda dəfn etmələrini istəmişdi: "Bir arzum var, mən vəfat edəndə qoz ağacından tabut düzəltsinlər. İçərisini tüllə bəzəsinlər, məni ora qoysunlar. Mən 30-40 ildən sonra öləcəm. Qurd-quşdan qorxuram. Yaxınlarım, hamı qulaqlarını açıb vəsiyyətimi yaxşı eşitsin. Biz hamımız bu torpaqda qonağıq. Həyatın dəyişməsi gözlə-qaş arasındadır. Bizim nə qədər sənətkarımız son vaxtlar dünyasını dəyişdi".
Qeyd edək ki, İ.Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB