Bu gün dünyasını dəyişən 73 yaşlı İlhamə Quliyeva FOTOLAR

Bu gün dünyasını dəyişən 73 yaşlı İlhamə Quliyeva FOTOLAR

Xəbər verdiyimiz kimi, xalq artisti İlhamə Quliyeva vəfat edib. SİA-nın verdiyi xəbərə görə, bu gün səhər saatlarında vəziyyəti pisləşən müğənniyə ilk təcili yarım çağrılıb. Həkim müdaxiləsinə baxmayaraq İ.Quliyevanı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. Azərbaycanın və Dağıstanın xalq artistidir, "Şöhrət" və "Şərəf" ordenin sahibidir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə