Əməkdar artist Aybəniz Haşımova İstanbula yollanıb. SİA-nın məlumatına görə, müğənni orada keçiriləcək "Xocalıya ədalət" adlı tədbirə qatılacaq: "Artıq neçə ildir ki, Türkiyənin İstanbul şəhərində mötəbər universitetlər Azərbaycana və ölkəmizin ağır günlərində onun dərdinə şərik olmaq üçün bir araya gəlirlər. Bu tədbirlər bu il də davam edir. Bir neçə universitetin bütün müəllim və tələbə heyəti təşkil olunan "Xocalıya ədalət" tədbirinə qatılacaqlar. Allah millətimizi bir də belə dərdlə sınağa çəkməsin".
Qeyd edək ki, A.Haşımova Türkiyədə mütəmadi keçirilən bu tədbirə hər il qatılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB