İlhamə Quliyevanın ölüm xəbəri doğru çıxdı

İlhamə Quliyevanın ölüm xəbəri doğru çıxdı

Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib. SİA məsələnin doğru olub-olmadığını araşdırmaq üçün xalq artistinin nömrəsinə zəng etdik. Cavab verən xanım özünü təqdim etmədən ağlamağa başladı və xəbərin düzgün olduğunu bildirdi. Hazırda mərhumun yaxınları xalq artistinin evinə yığışır.

Nəzərinizə çatdıraq ki, İlhamə Quliyeva bir çox xəstəliklərdən əziyyət çəkirdi.

Qeyd edək ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir.

Bütün xəbərlər Facebook səhifəmizdə