Əməkdar artist Tünzalə Ağayeva yeni layihədə iştirak edəcək. SİA-nın məlumatına görə, müğənni "www.musicbeez.com" sosial şəbəkəsində yaradılan növbəti layihəsinə qatılıb.
Bu layihə musiqi dinləyicilərinə sevdikləri mahnını digər məşhur müğənninin ifasında eşitmək imkanı yaradır. T.Ağayeva tərəfindən seçilmiş üç mahnıdan birinə səs vermək imkanı yaradılıb.
Səsverməyə aşağıdakı 3 mahnı təqdim olunub:
1. Elmira Rəhimova – Sən yadıma düşəndə
2. Lara Fabian - Adagio
3. Üzeyir Hacıbəyov – Sevgili canan
Nəticədə ən çox səs toplayan mahnı T.Ağayeva tərəfindən səsvermədə iştirak etmiş dinləyicilər üçün ifa olunacaq.
Səsvermə martın 25-nə kimi davam edəcək.
"Musicbeez çox maraqlı və faydalı bir layihədir. İnsanlar tanıdıqları məşhurları fərqli repertuarda görə biləcəklər. Sənətçi repertuarına məcburi yeni mahnılar əlavə edir. Bu layihə müğənnini öz ənənəvi tərzindən bir qədər ayıraraq, onu yeni axtarışlara sövq edir" deyə, T.Ağayeva bildirib.
Qeyd edək ki, layihənin ilk iştirakçısı müğənni Dilarə Kazımova olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB