Sevinc və Sevil bacıları ilk çərşənbə günü müğənni-bəstəkar Ceyhun Əliyevin qapısına qulaq falına çıxıblar. SİA-nın verdiyi xəbərə görə, evdən musiqi səsi eşidən bacılar Ceyhunun evində qonaq olub. Onları Ceyhunla birgə yaş yarımlıq qızı qarşılayıb. Müğənninin azyaşlı övladı qonaqlar üçün mahnı zümzümə edib. Həyat yoldaşı ilə diş həkimində tanış olduğunu bildirən C.Əliyev xoşbəxt olduğunu qeyd edib: "Elçi getməyə hazırlaşırdıq. Eşitdilər ki, müğənniyəm, qızı mənə vermək istəmədilər. Sağ olsun, Ədalət Şükürov irəli durdu və mənə elçilik etdi. Ədalətə söz verdim ki, onu peşman etməyəcəm. Şükür ki, Allah bizə gözəl günlər nəsib elədi".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB