Sənətçi sirrini açdı

Müğənni Aynişan Quliyeva özü ilə bağlı sirrininin üstünü açıb. SİA-nın verdiyi xəbərə görə, o, saçlarına necə qulluq etdiyini açıqlayıb:"Xanımlar həmişə saçlarıma necə qulluq etdiyimi soruşurlar. Mən saçlarımdan heç vaxt şikayətçi olmamışam, amma təbii ki, qorumasaydım zədələnərdilər. Saçlarınızı tez-tez yumayacaqsınız, çünki baş dərisi quruyur, kəpək yaranır, saçın dibləri qidalanmır. Saç üçün ən önəmli yağ öz yağıdır. Qoyun saçlarınız yağlansın. Yaş vəziyyətdə qətiyyən daramaq olmaz, saçqıranlar yaranır. Saçlarınızı müxtəlif düzləşdirici alətlərlə yandırmayın, qoyun təbii halında qalsın. Saçınıza düşən şampundan istifadə edin. Tökülməyə və incəlməyə qarşı olsun. Yumadan əvvəl uyğun yağla boynunuzdan aşağıya kimi saçlarınızı yağlayın. Onlar ucdan bəslənir. Buna görə də uzanma sürəti artır. 30 dəqiqə sonra yuyun. Davamlı dediklərimi etsəniz, nəticəni görərsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə