Berlin Kinofestivalında kimlər mükafanlandırıldı? FOTOLAR

Berlin Kinofestivalında kimlər mükafanlandırıldı? FOTOLAR

66-cı Berlin Kinofestivalı yekunlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, gecənin ulduzu aldığı mükafatların sayına görə aktrisa Meril Strip olub. Festivalın əsas mükafatı olan "Qızıl ayı" "Dənizdə alov" filminə görə rejissor Canfranko Roziyə verilib. Ekran işində Avropada daha yaxşı həyat arzusuyla oraya köç edən Afrika qaçqınlarından bəhs olunur.

Rejissor Danis Tanoviç "Saraevdə ölüm" dramına görə "Jürinin qran-prisi"ni alıb. Miya Hansen-Leve isə "Gələcək" filminə görə "Gümüş ayı"nın sahibi olub.

Trina Dirholm ("Kommuna") "Ən yaxşı aktrisa", Macd Mastura isə ("Hedi") "Ən yaxşı aktyor" mükafatlarını alıblar.

Çinli rejissor Yanq Çao "Qarşılıqlı axın" filminə görə "İncəsənətə töhfə" mükafatını, Tomaş Vasilevski "(Sevgi Birləşmiş Ştatları") "Ən yaxşı ssenari müəllifi" titulunu əldə ediblər.

"Alfred Bauer adına mükafat" isə rejissor Lav Diasa ("Kədərli sirri olan beşik") verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə