Günaydan sərt sözlər: "Heç bir kişi müğənni mənə rəqib deyil"

Günaydan sərt sözlər: "Heç bir kişi müğənni mənə rəqib deyil"

Müğənni Günay İbrahimli həmkarı Elton Hüseynəliyevin onun ünvanına söylədiyi "Bu qızın öyrənməyə çox şeyi var. Sənətdə hələ sözünü deməyib" fikrinə sərt şəkildə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda verilişlərin birində danışıb: "Mən o insanı 6-7 aydır görmürəm, mənlə problemi var? Tərbiyəm icazə vermir ona öz sözlərimlə cavab verim. Heç bir kişi müğənni mənə rəqib deyil. Xatırladım ki, 5-6 ay əvvəl efirdə mənə "xanım" deyə müraciət edən, səsimi bəyənən müğənni əsl üzünü indi göstərdi. Xanımlığıma şübhə edənlərə demək istəyirəm ki, getsin öz problemini həll etsin. Kiminsə acığını məndən çıxmağa haqqı yoxdur. Kiməsə icazə vermirəm ki, efirə çıxıb haqqımda danışsın. Kişi problemi kişi ilə həll etsin. Eltonun özünə zəng vurub sözümü demək istəyirdim. Amma həmişəki kimi telefonu bağlıdır. Mənə isə 24 saat zəng çatır, yığıb sözünü deyə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə