Natavan: "Röyaya "çuşka" demişik, əcəb eləmişik"

Natavan: "Röyaya "çuşka" demişik, əcəb eləmişik"

Müğənni Natavan Həbibi əməkdar artist Röya Ayxanın "Elnarəylə Natavan mənə deyirdilər, "çuşkasan" sözlərinə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Elə indi də ona elə deyirik. Əslində məntiqi başa düşmədim. Demişik, əcəb eləmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki, hamısını açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq. İndi bir-birimizi görmürük, hərənin öz işi, öz ətrafı var".

Qeyd edək ki, R.Ayxan müğənni Elnarə Xəlilova və Natavan Həbibi ilə bağlı bunları deyib: "W-trio" vaxtı qızlar mənə lağ edirdilər. İngilis dilini bilmirdim. Deyirdilər "çuşka"san, pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Çünki həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay…(gülür). İngilis dilini bilməklə deyil ki… Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Sevgilim də var idi. Kişi məni çox danladı. Məni satmalarına pis oldum. Guya mən siqaret çəkməklə onlara ləkə gətirə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə